Ermənistanda II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və təbliğat kampaniyasının aparılmasına mane olmaqda ittiham edilərək məhkəmə qərarı ilə bir ay müddətinə həbs olunub.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hakim Arman Babaxanyanın sədrliyi ilə keçirilən məhkəmədə Ambarcum Nersisyan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.