Bakı. Trend:
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi 2025-ci ildə ilk dəfəolaraq 11 gün ərzində La-Manş boğazı vasitəsilə heç bir qanunsuzsərhəd keçidi hadisəsinin baş vermədiyini açıqlayıb.
Trend xəbər verirki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata əsasən, kiçik qayıqlarla dənizi keçmək üçün son cəhdoktyabrın 22-də qeydə alınıb. Bununla belə, bu günə dairgöstəricilər hələ dərc edilməyib.
Fasiləyə baxmayaraq, cari ildə kiçik qayıqlarla BirləşmişKrallığa gələn miqrantların ümumi sayı artıq 2024-cü ilingöstəricilərini keçib. Belə ki, bu günə olan vəziyyətə görə, 36 954nəfər qeyri-qanuni yolla qayıqlarla Böyük Britaniyaya daxil olub.Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 36 816 nəfər, 2023-cü ildə isə29 437 nəfər təşkil edib.
Bununla belə, “Sky News”un məlumatına görə, La-Manş boğazınıkiçik qayıqlarla keçənlərin sayına görə 2022-ci il rekord il olaraqqalır – həmin il bu yolla Böyük Britaniyaya 45 774 miqrantgəlib.