RU

Paulo Dibala “Milan”la oyunda zədələndi

“Roma”nın hücumçusu Paulo Dibala A Seriyasının 10-cu turunda “Milan”a qarşı keçirilən oyunda zədələnib.

90deqiqe.Az “Football Italia”ya istinadən xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Can Pyero Qasperini matçdan sonra bu hadisəni oyunun ən böyük itkisi adlandırıb:

“Penaltidən daha da pis olan şey Dibalanın zədəsidir. İndi onun nə qədər müddətə sıradan çıxacağını gözləyəcəyik. Milli komandalar fasiləsinə qədər meydana çıxmayacağı dəqiqdir. Bu, bu axşamın ən böyük itkisi oldu.”

Dibala zədəsini penalti zərbəsi icra edərkən alıb

Matçın yeganə qolunu 39-cu dəqiqədə “Milan”ın serbiyalı müdafiəçisi Straxinya Pavloviç portuqaliyalı Rafael Leaunun ötürməsindən sonra vurub. 82-ci dəqiqədə “Roma” penalti qazanıb, lakin Dibalanın zərbəsini qapıçı Mik Menyan dəf edib.

Избранный
69
90deqiqe.az

1Источники