RU

Microsoft 2026-2029-cu illər arasında BƏƏ-yə 7,9 milyard dollar investisiya yatıracaq


ABŞ-ın texnologiya nəhəngi Microsoft 2026-2029-cu illər ərzində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 7,9 milyard dollar sərmayə qoyacağını açıqladı.
Microsoft şirkətinin vitse-sədri və şirkət prezidenti Bred Smit mövzu ilə bağlı bloq yazısında BƏƏ-də davam edən və planlaşdırılan investisiyaların təfərrüatlarını paylaşıb.

Məqalədə qeyd olunub ki, təxminən iki il yarım əvvəl ABŞ və BƏƏ hökumətlərinin təşviqi və dəstəyi ilə yeni süni intellekt təşəbbüsü başlanıb. Həmçinin bildirilib ki, şirkət 2023-cü ildə başlayan bu təşəbbüsün bir hissəsi olaraq yeddi il ərzində BƏƏ-yə ümumilikdə 15,2 milyard dollar sərmayə qoyacaq.


Məqalədə qeyd olunub ki, 2023-cü ildən bu ilin sonuna qədər BƏƏ-yə 7,3 milyard dollardan çox investisiya qoyulub və xərclənib. Bu rəqəmə süni intellekt şirkəti G42-yə 1,5 milyard dollarlıq kapital qoyuluşu, ölkədəki qabaqcıl süni intellekt və bulud məlumat mərkəzləri üçün 4,6 milyard dollardan çox kapital xərcləri və 1,2 milyard dollardan çox yerli əməliyyat xərcləri və satılan malların dəyəri daxildir.

Gələn ilin əvvəlindən 2029-cu ilin sonuna qədər BƏƏ-də 7,9 milyard dollardan çox vəsaitin xərclənəcəyi bildirilən hesabatda deyilir: "Buraya süni intellekt və bulud infrastrukturumuzun davam edən və planlaşdırılan genişləndirilməsi üçün 5,5 milyard dollardan çox kapital xərcləri, o cümlədən bu həftə Əbu-Dabidə ictimaiyyətə açıqlayacağımız yeni addımlar daxildir. Bu rəqəmə həmçinin planlaşdırılan yerli əməliyyat xərcləri və satılan malların dəyəri üzrə təxminən 2,4 milyard dollar daxildir."

aia.az
Tərcümə şöbəsi



Избранный
39
aia.az

1Источники