RU

Putin Rusiya milli birliyinin gücləndirilməsinə görə mükafatlar təqdim edəcək

Rusiya Prezidenti Vladimir Putin noyabrın 4-də Kreml sarayında milli birliyin möhkəmləndirilməsinə töhfə verən şəxslərə dövlət mükafatları təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Prezidentin sərəncamına əsasən, mərasim Rusiya Milli Birliyi Günü münasibətilə keçiriləcək və həm dövlət ordenləri, həm də “Rusiya millətinin birliyinin möhkəmləndirilməsinə görə” xüsusi mükafatların təqdim olunmasını nəzərdə tutur.

Tədbirdə ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri, həmçinin müxtəlif bölgələrdən gəlmiş fəxri qonaqların iştirak edəcəyi bildirilir. 

 

Musavat.com

photo_2025-11-03_22-46-32.jpg

Избранный
62
50
musavat.com

10Источники