RU

BMT ABŞ-ni Nigeriyaya güc tətbiq etməkdən çəkinməyə çağırdı

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Nigeriyaya qoşun göndərilməsi ilə bağlıaçıqlamalarına cavab olaraq BMT Ağ Evi güc təhdidlərindən çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib .

“Üzv dövlətlər öz hərəkətlərinin beynəlxalq hüquqa, o cümlədən bütün üzv dövlətləri güc təhdidindən çəkinməyə çağıran BMT Nizamnaməsinə uyğun olmasını təmin etməlidirlər”, - o deyib.

Haq əlavə edib ki, bütün nigeriyalılar terrordan əziyyət çəkir. BMT Nigeriyanın zorakılığın səbəblərini aradan qaldırmaq səylərini dəstəkləməyə hazırdır.

Noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp Pentaqona xristianlara qarşı edilən cinayətlərə cavab olaraq Nigeriyaya qarşı potensial hərbi əməliyyatlara hazırlaşmağı tapşırıb. Dövlət başçısı xəbərdarlıq edib ki, Nigeriyada vəziyyət düzəlməsə, Vaşinqton Abucaya bütün yardımları dərhal dayandıracaq və hətta Afrika ölkəsinə qoşun yeridə bilər. Ağ Evin hazırkı rəhbərinin sözlərinə görə, Nigeriyaya hücum “sürətli və sərt” olacaq.

Избранный
60
teleqraf.com

1Источники