RU

Qareginin qardaşı və onun oğlu həbs edildi - Yenilənib

“Məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya vəkil Ara Zohrabyan məlumat verib.

Onun sözlərinə görə, qərar Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsinin hakimi Arman Babaxanyan tərəfindən qəbul olunub:

“Yaxın saatlarda Gevork Nersisyanın oğlu Ambartsum Nersisyanın da həbs tələbi üzrə məhkəmə iclası keçiriləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında vəkil Ara Zohrabyan ata və oğul Nersisyanların xuliqanlıq və siyasi təbliğatı əngəlləməkdə ittiham olunduğunu açıqlamışdı.

Xatırladaq ki, bu ilin yayından başlayaraq Paşinyan hökuməti və kilsə arasındakı anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs ediliblər. Onu da bildirək ki, iyunda Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilmişdi.

***

Ermənistan məhkəməsi katolikos II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan barəsində də 1 aylıq həbs qətimkan tədbiri seçib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, qərar hakim Arman Babaxanyanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub

Məlumata görə, ata və oğul Nersisyanlar noyabrın 2-də Vaqarşapat şəhərində saxlanılıblar. Onlar “Respublika” Partiyasının namizədi Harutyun Mkrtçyanın müraciəti əsasında seçki təşviqatına mane olmaqda ittiham edilirlər.

Faktla bağlı istintaq davam edir.

“Cebheinfo.az”

Избранный
23
2
cebheinfo.az

3Источники