Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az "Postimees" nəşrinə istinadən xəbər verir ki, manevrlərin bir hissəsi aşağı hündürlükdə, lakin 152 metrdən az olmayan səviyyələrdə yerinə yetiriləcək. Təlimlər zamanı səsdən sürətli uçuşların da həyata keçirilməsi planlaşdırılır. Bildirilib ki, bütün uçuşlar Estoniya Mülki Aviasiya İdarəsi ilə razılaşdırılıb və hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən edilmiş yüksəkliklərdə icra olunacaq. Qeyd edək ki, bundan əvvəl Şimali Atlantika Alyansının çoxmillətli briqadasının noyabrın 2-dən 10-dək Latviyada “Qətiyyətli döyüşçü” adlı hərbi təlim keçirməsi planlaşdırıldığı açıqlanmışdı. Bundan başqa, ABŞ Prezidenti Donald Trampın göstərişindən sonra nüvə başlığı daşımağa qadir olan Minuteman III tipli qitələrarası ballistik raketin ilk sınağına hazırlıq işlərinə başlanılıb. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.