RU

Rumıniya Hollandiyadan 1 avroya 18 ədəd F-16 qırıcısı aldı

BAKI, 3 noyabr. TELEQRAF

Rumıniya və Hollandiya 18 ədəd F-16 Fighting Falcon qırıcılarının Buxarestə simvolik qiyməti 1 avroya çatdırılması üçün hökumətlərarası müqavilə imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Təlim Mərkəzinin bir hissəsi olan bu təyyarələr 1 avro qiymətinə Rumıniya dövlətinin mülkiyyətinə keçəcək", - açıqlamada deyilir.

Rumıniya Müdafiə Nazirliyi əlavə edib ki, sövdələşmənin bir hissəsi olaraq Buxarest təyyarənin elan edilmiş dəyəri əsasında hesablanmış 21 milyon avro əlavə dəyər vergisi ödəyəcək. Ölkə həmçinin 100 milyon avro dəyərində logistik dəstək paketi ödəməli olacaq.

Избранный
34
teleqraf.com

1Источники