RU

"Liverpul" "Real"la oyuna ciddi itki ilə ÇIXACAQ

"Liverpul" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda  "Real"la oyuna ciddi itki ilə çıxacaq.

Bizim.Media xəbər verir ki, Aleksandr İsak Madrid klubu ilə görüşdə iştirak edə bilməyəcək. Zədəsi olan isveçli hücumçu oyunöncəsi son məşqə çıxmayıb.
 

26 yaşlı forvard bu mövsüm "Liverpul"da 8 rəsmi matçda 1 qol vurub  və 1 məhsuldar ötürmə edib.


Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bizim.Media

Избранный
22
3
bizim.media

8Источники