RU

"Bu, Avropa futbolunda klassik və vacib bir matçdır"

“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Liverpul”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu qarşılaşma Avropa futbolunun klassik oyunlarından biridir. “Anfild”dəki atmosferi çoxları artıq hiss edib. Elə anlar olur ki, stadion sanki qışqırır və meydan sahiblərinə əlavə enerji verir. Amma bizim təcrübəli futbolçularımız gərgin vəziyyətlərdə sakit qalmağı və daha da motivasiyalı olmağı bacarır. Onlara tam inanıram. Belə oyunlarda psixoloji hazırlıq çox vacibdir, çünki sabah həm futbol bacarığı, həm də xarakter həlledici olacaq”,

Üç turdan sonra “Real” 9 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə, “Liverpul” isə 6 xalla 10-cu yerdə qərarlaşıb.

Избранный
62
90deqiqe.az

1Источники