RU

İtaliya XİN Rusiyanın Romadakı səfiriniÇAĞIRDI

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu çağırıb.

Redaktor.az xəbər verir ki, bunu “RİA Novosti”yə nazirlikdən təsdiqləyiblər.

Rusiya diplomatik missiyası da səfirin İtaliya Xarici İşlər Nazirliyinə dəvətini təsdiqləyib.

Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Romanın mərkəzindəki tarixi “Torre dei Conti” qülləsinin dağılmasını şərh edərkən, ölkə hakimiyyətinin Ukraynaya dəstək üçün pul xərcləməyə davam edəcəyi təqdirdə İtaliyanın “tamamilə dağılacağını” bildirib.

Diplomat xatırladıb ki, may ayında respublikanın Xarici İşlər Nazirliyi Ukraynaya dəstəyi barədə məlumat verib. Nazirliyin məlumatına görə, ölkə 2,5 milyard avro hərbi yardım və töhfələr ayırıb.

Избранный
27
2
redaktor.az

4Источники