Rusiya hökumətinin başçısı Mixail Mişustin və Çin Dövlət Şurasının Baş naziri Li Tsyan 30-cu görüşün yekunu üzrə birgə kommünike imzalayıblar.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Baş nazirlərin iştirakı ilə səkkiz sənəd imzalanıb - 2026-2030-cu illər üçün peyk naviqasiyası sahəsində əməkdaşlıq üzrə Rusiya-Çin yol xəritəsi, investisiya, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, iki ölkənin gömrük orqanları arasında Rusiya-Çin dövlət sərhədindən nüvə materiallarının və radioaktiv maddələrin qeyri-qanuni daşınmasının qarşısının alınmasına dair qarşılıqlı fəaliyyət haqqında sazişlərə dəyişikliklər edilməsi və s.
Qeyd edək ki, M.Mişustin Çində ikigünlük səfərdədir.