RU

“Bu matçı səbirsizliklə gözləyirik”

Madrid “Real”ının mərkəz müdafiəçisi Din Heysen Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Liverpul” ilə qarşılaşmadan öncə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, müdafiəçi bu oyunu səbirsizliklə gözlədiklərini bildirib.

“Bu oyunu səbirsizliklə gözləyirik, üç xal qazanacağımıza ümid edirik. Bunun üçün əlimizdən gələni edəcəyik” 

Gənc müdafiəçi həmçinin “Real”da adaptasiyası barədə də danışıb:

“Mən özümü psixoloji cəhətdən tam hazır hiss edirəm. Burada çox xoşbəxtəm, bu mənim arzum idi və ümid edirəm ki, “Real” azarkeşlərinə çoxlu sevinc bəxş edəcəyəm.”

Qeyd edək ki, “Liverpul” – “Real Madrid” qarşılaşması 4 noyabrda, Bakı vaxtı ilə 00:00-da (Moskva vaxtı ilə 23:00) “Enfild” stadionunda keçiriləcək.

Избранный
73
90deqiqe.az

1Источники