RU

Misli Premyer Liqasında X tura bir oyunla yekun vurulub

Futbol üzrə Misli Premyer Liqasında X tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edib. “Bank Respublika Arena”da keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Daha əvvəl "Qarabağ" "İmişli"yə 2:0, "Zirə" "Karvan-Yevlax"a 3:2, "Neftçi" "Kəpəz"ə 5:1, "Turan Tovuz" "Şamaxı"ya 2:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"a 3:2 hesabı ilə qalib gəlib.

Избранный
50
modern.az

1Источники