RU

Romada uçan tarixi qüllənin dağıntıları altında qalan işçi xilas edildi

BAKI, 4 noyabr. TELEQRAF

İtaliyanın paytaxtı Romada uçan tarixi qüllənin dağıntıları altından bir işçi xilas edilib. Xilasetmə əməliyyatı təxminən 11 saat davam edib.

Teleqraf xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, kişi təcili tibbi yardım maşınına yerləşdirildiyi anda ürək dayanması keçirib. Həkimlər onun vəziyyətini sabitləşdirə biliblər və yaralı xəstəxanaya çatdırılıb.

“Onun vəziyyəti son dərəcə ağırdır”, - deyə agentlik xəbər verir.

Hadisə yerində təxminən 140 yanğınsöndürən və xilasetmə işçisi iştirak edib. Hazırda qüllənin uçma səbəbləri araşdırılır.

Избранный
66
teleqraf.com

1Источники