RU

Brain rot”, yaxud dərin düşünmə qabiliyyətini necə itirməmək olar

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 noyabr, Leyla Muradzadə, AZƏRTAC

“Brain rot” (“beyin çürüməsi”) son illər internetdə ən çox müzakirə olunan və narahatedici terminlərindən biridir. Bu ifadə hətta Oksford Lüğəti tərəfindən ilin əsas sözü kimi seçilib. Termin, əsasən qısa videolar və memlər (fikir, şəkil, video, mətn və ya hərəkət formasında sürətlə onlayn və ya real mühitdə yayılan məzmun) şəklində təqdim olunan, əhəmiyyətsiz və keyfiyyətsiz məlumatların həddindən artıq və passiv istehlakını ifadə edir.

AZƏRTAC xəbər verir ki, “Bombombini Qusini”, “Balerina Kapuçino”, “Kapuçino Assasino”, “Siqma” və buna bənzər memlər sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb. Tənqidçilərin fikrincə, ani, lakin səthi təsir yaratmaq məqsədi daşıyan belə kontent təkcə vaxt itkisinə səbəb olmur, həm də diqqət və idrak qabiliyyətlərinə mənfi təsir göstərərək onları zəiflədir. Bu fenomen ən çox Z nəsli (1997–2012-ci illərdə doğulanlar) və Alfa nəsli (daha sonrakı dövrdə doğulan uşaqlar) arasında yayılıb.

“Brain rot” insan şüurunu passivləşdirir

Psixoloq Lamiyə Əhmədlinin fikrincə, “brain rot” insan şüurunun passivləşməsinə gətirib çıxarır. İnsan beyni fasiləsiz olaraq videoçarxlar, sosial şəbəkə paylaşımları və s. şəklində informasiya axınına məruz qalır.

“Bu məlumatlar dərin düşüncə mərhələsindən keçmir. Belə vəziyyətdə beyin yaradıcı, reflektiv və tənqidi fəaliyyət funksiyasını itirir, sadəcə məlumat qəbul edən passiv rejimə keçir”, – deyə o qeyd edir.

Psixoloqun sözlərinə görə, “brain rot” insanın dünyagörüşünə də təsir göstərir: düşüncələr parçalanmış, əlaqəsiz və qısamüddətli olur. Əslində, beyin məşğuldur, lakin o inkişaf etmir və öyrənmir. Bir sözlə, “brain rot” insanın zehni tənəzzülünü ifadə edən bir anlayışdır.

“Brain rot” – informasiya ilə yüklənmiş beynin vəziyyətidir. Qısa, mənasız videoların davamlı izlənməsi beynin səthi işləməsinə səbəb olur. Nəticədə düşünmə prosesi sürətlənir, amma dərinliyini itirir.

Bu halda sual yaranır: bu informasiya axınında zehnin aydınlığını necə qorumaq olar? Cavab sadədir: dərin düşünmə vərdişini bərpa etmək və internetdə nəyi istehlak etdiyimizi şüurlu şəkildə seçmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
89
1
azertag.az

2Источники