RU

"Microsoft" şirkəti BƏƏ-ni qlobal texnologiya mərkəzinə çevirəcək

ABŞ-ın "Microsoft" korporasiyası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məlumatların emalı mərkəzlərinə, bulud hesablamalarına və əməkdaşlara 2029-cu ilədək 8 milyard dollar xərcləyəcək.

“İki sahil” "Bloomberg"ə istinadən xəbər verir ki, bunun sayəsində BƏƏ qlobal texnologiya mərkəzinə çevriləcək. Məlumata görə, şirkət 2023-cü ildən 2029-cu ilədək Körfəz ölkəsinə ümumilikdə 15.2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

"Microsoft"un prezidenti Bred Smitin sözlərinə görə, şirkət 2026-cı ilin əvvəlindən 2029-cu ilədək BƏƏ-də təkcə bulud infrastrukturu və süni intellekt infrastrukturunun inkişafına 5.5 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.

Избранный
41
ikisahil.az

1Источники