RU

ADNSU-da könüllü qanvermə aksiyası keçirilib

Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankının könüllü qanvermə aksiyası təşkil olunub.

TƏHSİL.BİZ xəbər verir ki, aksiyada ADNSU-nun əməkdaşları ilə yanaşı, tələbələr də qanvermə aksiyasında könüllü iştirak ediblər, qana ehtiyacı olan insanlara kömək üçün bu humanist aksiyaya qoşulublar.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müəyyən olunub və onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiyadan əziyyət çəkənlər üçün saxlanılacaq. Aksiyanın məqsədi ehtiyacı olan xəstələrə dəstək olmaq, sağlam həyat tərzinin təbliği və gənclər arasında sosial məsuliyyətin artırılmasına töhfə verməkdir.

Избранный
60
tehsil.biz

1Источники