RU

Çipsi hansı təhlükələriyaradır?

Qastroenteroloq və dietoloq Elvira Beleva bəzi qidaların orqanizmdə suyun toplanmasına və ödemlərin yaranmasına səbəb ola biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "UfaTime.ru"-ya danışıb.

Mütəxəssis ilk növbədə duz və duzlu məhsulları - çips, duzlu xiyar və pendir, hisə verilmiş qidalar, yarımfabrikatlar və fastrfud növlərini bu siyahıya daxil edib. Onun sözlərinə görə, bu cür qidalar qanda duzun miqdarını artırır, nəticədə hüceyrələrdəki su qana keçir. Eyni zamanda böyrəklər suyu xaric etmək əvəzinə orqanizmdə saxlayır və bu da ödemin yaranmasına gətirib çıxarır.

Beleva əlavə edib ki, alkoqol da ödemin əsas səbəblərindən biridir. Həkimin sözlərinə görə, spirtli içkilər bədəni susuzlaşdırır və orqanizm buna cavab olaraq suyu toxumalarda yığmağa başlayır.

“Məhz buna görə artıq su dərialtı toxumalarda toplanır və ödem əmələ gəlir,” - deyə o, vurğulayıb.

Aytəkin TOFİQQIZI

Избранный
41
1
redaktor.az

2Источники