Şimali Koreya Pentaqon rəhbəri Pit Heqset iki ölkə arasında hərbisizləşdirilmiş zonaya gəlməzdən bir saat əvvəl Cənubi Koreyaya doğru raketlər atıb.
Publika.az xəbər verir ki, bu barədə “Younhap” məlumat yayıb.
Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, Şimali Koreya Sarı dənizin şimal hissəsinə doğru təxminən on raket atıb.
Bu zaman Heqsetin Cənubi Koreyanın müdafiə naziri An Qyu Bak ilə görüşmək üçün Birgə Təhlükəsizlik Bölgəsinin cənubunda yerləşən Camp Bonifasa səfəri gözlənilirdi.