RU

Bu gün Çempionlar Liqasında IV tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun qarşılaşmalarına start veriləcək.

Far.Az xəbər verir ki, turnirin ilk oyun günündə azarkeşləri 9 maraqlı qarşılaşma gözləyir.

Günün ən çox diqqət çəkən oyunlarında İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniya nəhəngi "Real Madrid"i qəbul edəcək. Digər möhtəşəm dueldə isə Parisdə "PSG" Almaniyanın "Bavariya"sı ilə üz-üzə gələcək.

Bundan əlavə, Almaniyanın "Ayntraxt Frankfurt" komandası səfərdə "Napoli" ilə, Portuqaliyanın "Sportinq" klubu isə İtaliya təmsilçisi "Yuventus"la qüvvəsini sınayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

4 noyabr

21:45. "Slaviya Praqa" - "Arsenal"

21:45. "Napoli" - "Ayntraxt Frankfurt"

00:00. "Liverpul" - "Real Madrid"

00:00. "PSG" - "Bavariya"

00:00. "Atletiko Madrid" - "Seint-Jilluaz"

00:00. "Yuventus" - "Sportinq"

00:00. "Tottenhem" - "Kopenhaqen"

00:00. "Olimpiakos" - "PSV"

00:00. "Bude/Glimt" - "Monako"

Избранный
31
2
far.az

3Источники