Serbiya çempionatının 14-cü turunda keçirilən "Mladost Luçani" - "Radniçki" matçı faciə səbəbindən yarımçıq qalıb.
Offsideplus.az xəbər verir ki, "Radniçki"nin baş məşqçisi Mladen Jijoviç görüş zamanı özünü pis hiss etməyə başlayıb.
O, bir müddət sonra huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olub.
Təxminən 20 dəqiqə sonra isə 44 yaşlı mütəxəssis dünyasını dəyişib.