Texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Yeni Sabah.az-a onun yaxınları məlumat verib.
K.Abdullayev 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olub.
Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnib və 1956-cı ildə isə bəraət aıb.
Kamal Abdullayev Bakı Energetika Texnikumunu və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта