RU

“Real”la oyunöncəsi “Liverpul”da ciddi itki

“Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Real”la oyuna ciddi itki ilə çıxacaq.

Msport.az xəbər verir ki, Aleksandr İsak Madrid klubu ilə görüşdə iştirak edə bilməyəcək.

Zədəsi olan isveçli hücumçu oyunöncəsi son məşqə çıxmayıb. 26 yaşlı forvard bu mövsüm “Liverpul”da 8 rəsmi matçda 1 qol vurub  və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, bu gün keçiriləcək “Liverpul” – “Real” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Избранный
25
3
msport.az

8Источники