RU

Tusk Polşaya hücum edən rus PUA-nın qalıqlarını göstərib - FOTO

Bu il sentyabrın 10-na keçən gecə 10-dan çox rus pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub. Məlumatlara görə, yalnız 4 pilotsuz təyyarə vurulub.

Herbiand.az bildirir ki, Polşanın baş naziri Donald Tusk X sosial şəbəkəsində rus pilotsuz təyyarələrinin qalıqlarını əks etdirən video yayımlayıb.

Tusk vurğulayıb ki, Polşaya uçan hər bir rus pilotsuz təyyarəsi vurulacaq: “Mənim arxamda gördüyünüz rus pilotsuz təyyarələrinin qalıqları həmin unudulmaz gecədə 9-10 sentyabrda Polşa torpağına düşəndir. Polşa torpağına uçan düşmənin hər pilotsuz uçan aparatının, hər bir rus pilotsuz təyyarəsinin sonu belə olacaq”.

Baş nazirin sözlərinə görə, ölkə Polşa səmasını və torpağını belə obyektlərdən qorumaq üçün müasir Polşa ordusuna milyardlarla zloti sərmayə qoyur.

Bəxtiyar CƏFƏRLİ



Избранный
51
herbiand.az

1Источники