RU

İsrail terrorçulara ölüm cəzası tətbiq edəcək

İsrail

İsrail Knessetinin (parlament) Milli Təhlükəsizlik Komitəsi terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Knesset qanun layihəsini 1 mart 2023-cü ildə ilkin oxunuşda təsdiq edib. Qanun layihəsi hökumət koalisiyasının bir hissəsi olan ifrat sağçı “Yəhudi Gücü” partiyasından Limor Son Har-Melex tərəfindən təklif edilib.

"The Jerusalem Post" qəzeti yazır ki, qanun layihəsi "qəsdən və ya ehtiyatsızlıqdan İsrail vətəndaşının ölümünə səbəb olan, irqçi motivlərlə və ya müəyyən bir qrupa qarşı nifrət üzündən törədilən" hər kəsə ölüm cəzası təklif edir.

Qeyd olunur ki, Knesset terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini ilk oxunuşda 5 noyabr tarixindən etibarən nəzərdən keçirə bilər.

ELÇİN
Избранный
7
2
reyting.az

3Источники