RU

Təranə Musayeva: “Zəfər Günü – xalqımızın birliyinin və qürurunun təntənəsidir”

8 Noyabr - bu gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramın, xalqın bir yumruq kimi birləşməsinin və müstəqilliyimizin əbədiliyinin simvoludur.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva 8 Noyabr – Zəfər Günü münasibətilə öz fikirlərini bölüşüb. O bildirib ki, bu tarix onun üçün sadəcə bir bayram deyil, bütün Azərbaycan xalqının gücünün, birliyinin və qürurunun rəmzidir.

“Bu gün mənə azadlığın, müstəqilliyin və şəhidlərimizin qanı ilə qazanılmış haqqın dəyərini xatırladır. Hər dəfə bu tarixi xatırlayanda qəlbimdə həm qürur, həm də kövrəklik hissi yaranır — çünki bu zəfərin arxasında minlərlə qəhrəmanın canı, bir millətin iradəsi dayanır. Məncə, bu günün rəsmi şəkildə qeyd olunması çox vacib addımdır. Çünki xalq öz tarixini, qazandığı qələbəni unutmamalıdır. Bu gün bizə kim olduğumuzu, hansı yoldan keçdiyimizi və nəyə qadir olduğumuzu xatırladır. Zəfər Günü gələcək nəsillər üçün bir məktəbdir – vətən sevgisini, dövlətə sədaqəti, milli həmrəyliyi öyrədən bir dərsdir".

Təranə Musayeva həmçinin vurğulayıb ki, İkinci Qarabağ müharibəsində əldə olunan qələbənin əsas sirri xalqla dövlətin birliyi idi:

“Mən bu birliyi təkcə siyasi baxımdan yox, mənəvi baxımdan da çox dəyərləndirirəm. Hər kəs öz sahəsində – cəbhədə, informasiya müharibəsində, yardım səfərlərində, dualarında – bu zəfərə töhfə verdi. Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun igidliyi və xalqın dəstəyi birləşəndə nəticə də Zəfər oldu. Məncə, QHT sektoru bu milli həmrəyliyin davamlılığında vacib rol oynayır. QHT-lər insanların maariflənməsində, şəhid ailələrinə, qazilərə dəstəkdə, vətənpərvərlik dəyərlərinin gənclərə ötürülməsində böyük iş görə bilərlər. Bizim cəmiyyət üçün bu, sadəcə sosial fəaliyyət deyil – mənəvi borcdur.”

Избранный
70
qht.az

1Источники