RU

Palata: Enerji və qızıl qiymətlərindəki volatillik dövlət büdcəsi və DNF-in büdcəsinin gəlirlərinə birbaşa təsir göstərəcək

Ortamüddətli dövrdə enerji qiymətlərində volatillik icmal büdcənin iki əsas komponenti üzrə gəlirlərə – dövlət büdcəsi və Dövlət Neft Fondunun (DNF) büdcəsinin gəlirlərinə birbaşa təsir göstərəcək.

APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Qeyd edilib ki, bununla yanaşı, Fondun gəlirlərinin icmal büdcədə yüksək paya (24,7–29,0% intervalında) malik olması və gəlirlərinin əhəmiyyətli hissəsinin investisiya portfeli üzrə aktivlərin idarəedilməsindən formalaşması müvafiq gəlirlərin icmal büdcənin ümumi gəlir dinamikasına mühüm təsir edəcəyini deməyə əsas verir. Bu kontekstdə, ortamüddətli dövrdə Fondun səhm və qızıl aktivləri üzrə formalaşacaq gəlir və ya zərər icmal büdcənin gəlirlərinə müvafiq təsirlərini göstərəcəkdir. Qeyd edək ki, 2025-ci ilin ilk üç rübü ərzində qızılın qiymətində təxminən 1200–1300 ABŞ dolları həcmində artım qeydə alınmışdır ki, bu da DNF-in gəlirliliyinin yüksəlməsi və nəticə etibarilə icmal büdcənin gəlirlərinin artımı baxımından pozitiv meyil kimi qiymətləndirilə bilər.

“Yuxarıda qeyd olunanları nəzərə alaraq düşünürük ki, ortamüddətli dövrdə icmal büdcənin gəlirlərinə təsir edən çoxsaylı makroiqtisadi və bazar amillərinin dəyişkənliyi, o cümlədən neft və qaz qiymətləri, qiymətli metalların qiymət dinamikası, həmçinin qlobal maliyyə bazarlarında müşahidə olunan volatillik, eləcə də Rəyin “Ortamüddətli büdcə planlaşdırılması” paraqrafında qeyd edilənlər icmal büdcənin gəlir proqnozlarının dəqiqliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır”-deyə Rəydə bildirilib.

Избранный
49
4
apa.az

6Источники