RU

Yeni daxili borclar üzrə ilkin kupon ödənişləri 2027-ci ildə həyata keçiriləcək

Bakı. Trend:

Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən,2025-ci il 1 sentyabr tarixinə dövlət borcunun ümumi həcmi 25,417milyard manat təşkil edib, ilin sonuna dair proqnoz göstəricisinəgörə isə bu rəqəmin 25,404 milyard manat səviyyəsində formalaşacağıgözlənilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, dövlət borcuna xidmət xərclərinin icradinamikasına nəzər saldıqda, hesabat dövrü (yanvar–avqust) üzrəicra səviyyəsi 55,2% olub. Həmin dövrdə əsas borc üzrə ödənişlər643,2 milyon manat məbləğində həyata keçirilib, bu da illikproqnozun 58,5%-nə bərabərdir. İlin sonuna qədər əlavə 455,9 milyonmanat və ya illik proqnozun 41,5%-i həcmində əsas borcödənişlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, nəticə etibarilə, 2025-ci ilin sonuna qədərtəxminən 442,8 mln. manat məbləğində yeni borclanmanın həyatakeçirilməsi proqnozlaşdırılır. Daxili borclanma üzrə diskontməbləğləri nəzərə alındıqda, maksimum halda 500 milyon manathəcmində yeni borc emissiyasının reallaşdırılması ehtimalolunur.

“Əvvəlki illərin icra tendensiyaları göstərir ki, dövlətbüdcəsində kəsir əsasən son rübdə formalaşır və bu kontekstdə2026-cı ildə yeni daxili borclanmaya tələbatın da məhz həmin dövrdəyaranacağı gözlənilir. Bu halda, cəlb ediləcək yeni daxili borclarüzrə ilkin kupon ödənişlərinin 2027-ci ilə təsadüf edəcəyiproqnozlaşdırılır”, - məlumatda qeyd edilib.

Избранный
26
1
az.trend.az

2Источники