RU

Növbəti ilin dövlət büdcəsində vergi gəlirlərinin ümumi gəlirlərdə payı artırılacaq

Bakı. Trend:

Gələn il dövlət büdcəsi gəlirlərinin artımının vergidaxilolmaları hesabına təmin ediləcəyi nəzərdə tutulub. Belə ki,növbəti ilin dövlət büdcəsində vergi gəlirləri 21,391 milyard manattəşkil etməklə əvvəlki ilin icra göstəricisi və cari ilin proqnozuilə müqayisədə müvafiq olaraq 1,230 milyard manat və ya 6,1% və1,744 milyard manat və ya 8,9% çox proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində vergi gəlirlərininümumi gəlirlərdə payı 2024-cü ilin icra və cari ilin proqnozgöstəriciləri ilə müqayisədə müvafiq olaraq 1,1 və 4,2 faiz bəndiçox olmaqla 55,4%-ə bərabər olacaq.

Bildirilib ki, vergi gəlirləri üzrə artıma əsasən ƏDV, hüquqişəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi üzrəartımların təsir edəcəyi gözlənilir.

“Növbəti ilin büdcəsində qeyri-vergi gəlirlərinin 17,218 milyardmanat olacağı proqnozlaşdırılır ki,

bu da əvvəlki ilin icra göstəricisi ilə müqayisədə 217,1 milyonmanat və ya 1,3% çox, cari ilin proqnozu ilə müqayisədə isə 1,491milyard manat və ya 8,0% azdır. 2026-cı ildə qeyri-vergigəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində payı 44,6% təşkiledəcək ki, bu da 2024-cü ilin icrasından 1,1 faiz bəndi, cari ilinproqnozundan isə 4,2 faiz bəndi aşağıdır. Qeyri-vergi gəlirləriüzrə azalma əsasən Dövlət Neft Fondundan transfert məbləğininazalması ilə əlaqəlidir”, - məlumatda qeyd edilib.

Избранный
33
1
az.trend.az

2Источники