RU

Neft Emalı Zavodunun yenidənqurulmasına daha 450 milyon manat xərclənəcək

BAKI, 4 noyabr. TELEQRAF

2026-cı il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2,7 milyard manat vəsait proqnozlaşdırılır.

Teleqraf 2026-cı ilin büdcə layihəsi zərfinə istinadən xəbər verir ki, bu mənbə üzrə xərclər 2022-ci ilin büdcəsi ilə müqayisədə aşağı proqnozlaşdırılıb.

2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərinin 2 milyard 126,8 milyon manatı büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif növ əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün 100 milyon manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu üçün 250 milyon manat, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85,0 milyon manat və digər layihələr üzrə 373,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Избранный
61
teleqraf.com

1Источники