RU

Növbəti il təhsilə xərclənəcək vəsaitin həcmi məlum oldu

Bakı. Trend:

Növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsaitproqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyonmanat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8milyon manat və ya 14,3 faiz çoxdur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünküiclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,7 faiz,dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12,0 faiz(2025-ci illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcəkdir:

"2022-ci illə müqayisədə 2026-cı ildə təhsil xərclərinin dövlətbüdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,5 faiz-bənd, mütləqifadədə isə 1319,4 milyon manat və ya 35,7 faiz artıb. Bu xərcbölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2414,8 milyon manatı və ya48,1 faizi ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilinmaliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 faiziməktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 faiziorta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1faizi peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 faiziməktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.)xərclərinə, 28,2 milyon manatı və ya 0,6 faizi əlavə təhsil vətətbiqi tədqiqatlara, 1011,8 milyon manatı və ya 20,2 faizi təhsilsahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdətutulub. 2025-ci illə müqayisədə ümumi təhsil xərcləri 67,3 milyonmanat və ya 2,9 faiz, məktəbəqədər təhsil xərcləri 0,7 milyon manatvə ya 0,2 faiz, peşə təhsili xərcləri 23,2 milyon manat və ya 28,3faiz artımla proqnozlaşdırılıb".

Избранный
18
8
az.trend.az

9Источники