Nijni Novqorod vilayətinin Kstovo şəhərində ötən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarə hücumundan sonra “Lukoil-Nijqorodnefteorqsintez” neft emalı zavodu və “Sibur-Kstovo” neft-kimya zavodu yerləşən sənaye zonasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ASTRA OSINT analitik qrupu məlumat yayıb.
Gecə saatlarında Kstovo sakinləri partlayış səsləri eşitdiklərini bildiriblər. Sosial şəbəkələrdə şəhər üzərində parlaq alov işığı əks olunan videolar yayılıb. Kadrlarda hücumdan sonra başlayan yanğın da əks olunub. ASTRA görüntüləri təhlil edərək kadrların Novolikeevo kəndindən çəkildiyi qənaətinə gəlib. Analizə əsasən, yanğın sənaye zonasının cənub-şərq hissəsində — bir-birinə yaxın yerləşən iki müəssisənin – “Sibur-Kstovo” və “Lukoil-Nijqorodnefteorqsintez”in ərazisində baş verib.
“Sibur-Kstovo” neft-kimya zavodu rəsmi məlumatlara görə etilen, propilen, benzin və müxtəlif karbohidrogen fraksiyaları istehsal edir. Bununla belə, Ukrayna mediası müəssisənin partlayıcı maddələrin komponentlərini də istehsal etdiyini iddia edir.
Məlumatlara görə, “Lukoil-Nijqorodnefteorqsintez” Rusiyanın aparıcı neft emalı zavodlarından biridir. Jurnalistlərin bildirdiyinə görə, bu NQZ Moskva bölgəsini yanacaqla təmin edən əsas mənbələrdən sayılır. Ölkədə benzinin təxminən 30%-i həmin regionda istehlak olunur. Zavoddan Moskvaya benzin boru kəməri vasitəsilə çatdırılır. Müəssisənin illik ilkin neft emalı gücü təxminən 17 milyon ton təşkil edir. Zavod 50-dən çox adda məhsul istehsal edir: avtomobil, aviasiya və dizel yanacaqları, eləcə də neft bitumları, parafinlər və digər məhsullar.
Xatırladaq ki, Lukoil şirkətinin qurucusu Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərovdur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта