RU

Trampın reytinqi 37 faizə düşdü

ABŞ prezidenti Donald Trampın amerikalılar arasında reytinqi 37%-ə enib.

Doğru.az xəbər verir ki, bu barədə CNN telekanalı SSRS tədqiqat xidməti ilə birgə keçirdiyi sorğuya istinadən məlumat yayıb.

Sorğunun nəticələrinə əsasən, “Trampın bəyənilmə reytinqi 37% təşkil edir ki, bu da onun ikinci dönəminin ən aşağı göstəricisidir. Bu rəqəm onun birinci müddətindəki 36%-lik reytinqə təxminən uyğun gəlir”, – deyə nəşrdə bildirilir.

Respondentlərin 63%-i prezidentin fəaliyyətini bəyənmir, bu isə onun hər iki prezidentlik müddəti ərzində ən yüksək narazılıq göstəricisidir.

Eyni zamanda, CNN-in məlumatına görə, bu vəziyyətdə Demokrat Partiyası mövqelərini gücləndirir. Əgər seçkilər bu gün keçirilsəydi, amerikalıların 47%-i demokratlara, 42%-i isə respublikaçılara səs verəcəkdi.

Xatırladaq ki, Donald Tramp daha əvvəl yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığını bəyan etmişdi.

DOĞRU.AZ

Избранный
72
dogru.az

1Источники