RU

Gələn il subsidiya xərcləri azaldılacaq

Bakı. Trend:

Gələn il dövlət büdcəsindən subsidiyalar üzrə 32 Baş Kreditsərəncamçısı və digər tədbirlər üzrə 1,071 milyard manat vəsaitinayrılması proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin gözlənilənicrası ilə müqayisədə 15 Baş Kredit sərəncamçısı və digər tədbir,eləcə də 226,8 milyon manat (17,5%) azdır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, növbəti ildə hüquqi şəxslərə subsidiyaların ikiparaqrafı (qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digərsubsidiyalar) üzrə azalma, bir paraqrafı üzrə artım (dövlətmüəssiələrinə subsidiyalar) nəzərdə tutulub. Hüquqi şəxslərə digərsubsidiyaların, cari ildə olduğu kimi, subsidiyaların cəmiməbləğində ən yüksək paya (53,0%) malik olacağıproqnozlaşdırılıb.

“Dövlət müəssisələrinə dövlət büdcəsindən ödənişlərin xəzinəninmüşayiəti ilə aparılması səbəbi ilə uçotda edilmiş dəyişiklik,eləcə də bəzi istiqamətlər üzrə bu paraqrafda nəzərdə tutulanvəsaitdə azalma (məsələn, xərclərin optimallaşdırması fonunda“Azəristiliktəchizat” ASC üzrə 11,4 milyon manat, “Təmiz Şəhər” ASCüzrə 8,1 milyon manat), dövlət müəssisələrinə subsidiyalaraazaldıcı təsir göstərsə də, növbəti ildən yeni yaradılmış “İctimainəqliyyat” Məqsədli Büdcə Fondu üzrə bu paraqrafda 155 milyonmanatın nəzərdə tutulması, eləcə də bir sıra digər istiqamətlərüzrə subsidiya məbləğinin artımla proqnozlaşdırılması bu paraqrafüzrə vəsaitin artımla nəzərdə tutulmasını şərtləndirib”, -məlumatda vurğulanıb.

Məqalədə:
Избранный
32
az.trend.az

1Источники