Bakıda fəaliyyət göstərən “Park Dedeman” hoteli müsadirə olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hotel dövlət hərracında satılacaq.
Maraqlıdır ki, satışa hotelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.
Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.