RU

Serbiyada etirazlar fonunda erkən seçkilər keçiriləcək

Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə artan etirazlar fonunda erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, dövlət başçısı çıxışında bu qərarın cəmiyyətin bir hissəsinin tələblərinə hörmət əlaməti olaraq qəbul edildiyini bildirib:

“Ölkəmizdə əhəmiyyətli azlığı təşkil edən və seçkilərə mane olanların tələblərinə hörmət edərək, onları yarı yolda qarşılayacağıq və seçkilər vaxtından əvvəl keçiriləcək”, – Vuçiç qeyd edib.

Yeni seçkilərin dəqiq tarixi hələlik açıqlanmayıb, lakin proseslə bağlı müzakirələr bir neçə həftədir ki, davam edir.

Xatırladaq ki, bundan əvvəl Serbiyanın Novi Sad şəhərində faciənin ildönümü münasibətilə keçirilən tədbirə 39 minə yaxın insan qatılıb. Eyni zamanda, Belqradda nümayişçilər parlament binası qarşısında butulka və fişənglər ataraq etirazlarını ifadə ediblər, – RT Balkan müxbiri xəbər verib.

DOĞRU.AZ

Избранный
28
1
dogru.az

2Источники