RU

Bu ilin sonunda qeyri-neft-qaz ÜDM-i proqnozlaşdırılan məbləğ ətrafında olacaq

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul (ÜDM)95,229 milyard manata bərabər
olub, ilin sonuna gözlənilən məbləğin 73,3%-i hesabat dövründəformalaşıb.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, bu dövr ərzində tamamilə qeyri neft-qaz sahələrihesabına olmaqla, iqtisadiyyat real ifadədə 1,3% artıb. Bildirilibki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 3,4 faizbəndi azalmış, artım tempinin zəifləməsində hər iki sektorun roluolsa da, bu hal daha çox qeyri neft-qaz sahələrindəntəsirlənib.

Məlumata görə, 2025-ci il üzrə ölkənin ümumi daxili məhsulu(ÜDM) ötən illə müqayisədə 3% artaraq, 129,9 milyard manatayüksələcəyi gözlənilir. Bu artımın neft-qaz sektoru üzrə 36,4milyard manat (0,2% az), qeyri-neft-qaz sektoru üzrə isə 93,5milyard manat (4,6% çox) artımı hesabına reallaşacağıgözlənilir.

“2025-ci ilin təsdiq olunmuş makroçərçivəsi, o cümlədən ÜDMneftin qiyməti 70,0 ABŞ dolları
qəbul edilməklə proqnozlaşdırılıb, neftin faktiki qiymətininproqnoz qiyməti ətrafında hərəkət etməsi büdcəyə, eləcə dəmakroiqtisadi proqnozlara yenidən baxılma zərurəti yaratmayıb.2026-cı ilin büdcə layihəsi tərtib edilərkən cari ilinmakrogöstəriciləri dəqiqləşdirilməklə il sonuna gözlənilən ÜDMməbləği tamamilə qeyri neft-qaz sektoru hesabına olmaqla 0,7milyard manat artırılıb.
Neft-qaz sektoru üzrə dəqiqləşdirilmiş məbləğdə 0,6 milyard manatazalma müşahidə edilir ki, bu da müvafiq sektor üzrə real artımtempinin azalma ilə əvəzlənməsi ilə izah olunur.

Qeyri neft-qaz sektoru üzrə gözlənilən artım tempinin nisbətənazaldılması bu sektor üzrə
gözlənilən məbləğdəki artımın qiymət amili ilə bağlı olduğunugöstərir. Təhlillər cari ilin sonunda qeyri-neft-qaz ÜDM-ninproqnozlaşdırılan məbləğ ətrafında olacağını deməyə əsas verir”, -məlumatda qeyd edilib.

Избранный
14
az.trend.az

1Источники