RU

Britaniya HHQ Suriyada İŞİD döyüşçüsünü ZƏRƏRSİZLƏŞDİRDİ

Britaniya Hərbi Hava Qüvvələri Suriyada İŞİD döyüşçüsünü zərərsizləşdirib.

Britaniya Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Suriyanın Hama şəhərinin şimalında patrul xidməti zamanı tanınmış İŞİD döyüşçüsünü müəyyən edib. Hadisə 28 sentyabrda baş verib.

Böyük Britaniya Müdafiə Nazirliyinin bu gün yaydığı açıqlamaya əsasən, terrorçu əvvəlcə motosikletlə, sonra isə piyada hərəkət edib. Uygun şərait yarandıqda, ona qarşı dəqiq zərbə endirilib.

Nəticədə döyüşçü məhv edilib. Nazirlik qeyd edib ki, əməliyyat zamanı mülki əhali üçün heç bir təhlükə yaranmayıb.

Избранный
37
1
interpress.az

2Источники