RU

Baş katib: Yay Deflimpiya Oyunlarında idmançılarımızdan yaxşı nəticələr gözləyirik

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

İdmançılarımızdan Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında yaxşı nəticələr gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov yarışın hazırlıqları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, nəticələr barədə proqnoz verməyin çətin olduğunu deyib: “Karate, yunan-Roma güləşi və cüdo yarışlarından medallar gözləyirik. Qısa müddətdə idmançılarımızı maksimum səviyyədə hazırlamağı planlayırıq. Bu Oyunlar idmançıların təcrübələrini artırmalarında da mühüm rol oynayacaq”.

Qeyd edək ki, Yay Deflimpiya Oyunları noyabrın 15–26-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
2
azertag.az

3Источники