Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyənləşib.
QOL.az xəbər verir ki, komanda Çağdaş Atana tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Superliqa təmsilçisi yeni baş məşqçi ilə razılaşmanın detallarını hələlik açıqlamayıb.
Atan bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Recep Uçarı əvəzləyib. 45 yaşlı mütəxəssisin son klubu "Başakşehir" olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.