İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb.
Belə ki, onun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.
50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.
Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.