RU

Lənkəranda əmanətlərin qorunması mövzusunda təlim

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Əmanətlərin Sığortalanması Fondu Lənkəran Dövlət Universitetində (LDU) maliyyə savadlılığının artırılması məqsədilə “Beynəlxalq Əmanət Günü: Əmanətlərin qorunması – sabit maliyyə sisteminin əsası” mövzusunda əsas hədəf qruplardan olan tələbələr üçün təlim keçib.

Təlimdə LDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Əmanətlərin Sığortalanması Fondunun risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, hüquq departamentinin əməkdaşı Mirzəhra Miriyeva, risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli iştirak ediblər.

Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndiriblər. Təlimin sonunda iştirakçılara Fond tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu maliyyə savadlılığının artırılması məqsədilə tələbə gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri gələcəkdə də davam etdirəcəkdir.

Əmanətlərin Sığortalanması Fondu bundan sonra da ölkənin müxtəlif regionlarında tələbə və digər əhali kateqoriyaları üçün oxşar maarifləndirici tədbirlər keçirməklə maliyyə savadlılığının artırılmasını və əmanətçilərin hüquqlarının müdafiəsinə dair biliklərin genişləndirilməsini davam etdirməyi planlaşdırır.

Q.YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
8
xalqqazeti.az

9Источники