RU

Kənd məktəblərində çalışan gənc müəllimlərə 20,1 milyon manatlıq dəstək ayrılacaq

Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat ayrılacaq.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Избранный
3
1
kommersant.az

2Источники