Bəhram Bağırzadə “Instagram” hesabında 1970-ci illərdə çəkilmiş fotonu yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, fotoda Daxili İşlər Nazirliyinin binası əks olunub.
Bağırzadə izləyicilərinə belə bir sual ünvanlayıb: “O dövrdə bu binanın damında hansı şüar yazılmışdı?” Dominos pizza
Aktyor qeyd edib ki, ilk düzgün cavabı yazan izləyicisinə öz kitab kolleksiyasını hədiyyə edəcək.
Qeyd edək ki, həmin illərdə binanın damında “СЛАВА КПСС!” - “SovİKP-yə (Sovet İttifaqı Kommunist Partiyası)) eşq olsun!” şüarı yazılmışdı.
Əsmətxanım Rzazadə
Telegram kanalımız