RU

Maliyyə naziri: Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq

BAKI, 4 noyabr. TELEQRAF

"Biz Qarabağ və Şərqi Zəngəzuru yenidən qururuq. Bu xərclərin maliyyə təminatı davamlı olaraq büdcədə nəzərdə tutulacaq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

O qeyd edib ki, ölkə başçısının müvafiq tapşırıqları ilə növbəti dövr üçün sosial-iqtisadi inkişaf strategiyasını və Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq. Orta müddətli büdcə çərçivəmizdə bu istiqamətlər tam şəkildə nəzərə alınıb.

Избранный
9
3
teleqraf.com

4Источники