RU

Milli Depozit Mərkəzi auditor seçir

Milli Depozit Mərkəzi (VÖEN – 9900012631) açıq tender elan edir.

FED.az xəbər verir ki, tenderin predmeti İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin yoxlanılması məqsədilə audit xidmətinin satın alınmasıdır.

Ehtimal olunan qiymət 23 min 836 manat təşkil edir.

Tender 31 oktyabr 2025-ci il, saat 16:37-də dərc olunub. Təkliflərin təqdim olunma müddəti 25 noyabr 2025-ci il, saat 18:00-da başa çatır. Zərflərin açılışı eyni tarixdə – 25 noyabr 2025-ci il, saat 18:00-da keçiriləcək.

İştirak haqqı 47 manat 67 qəpik, istifadə haqqı isə 25 manat müəyyən olunub. Qeyd edək ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.

Əlaqələndirici şəxs – Zülfüqar Qayıbov, direktor.
E-poçt: [email protected]
Telefon: (+994 12) 538 31 90

İddiaçılar təkliflərini 25 noyabr 2025-ci il, saat 18:00-a qədər Bakı şəhəri, H.Zərdabi prospekti, 2A ünvanına təqdim edə bilərlər.

Избранный
21
fed.az

1Источники