RU

Amerika qırıcıları Belçikada mübahisələrə səbəb olub

Belçikada Amerika F - 35 qırıcılarının ilkin tədarükü ilə bağlı qalmaqal yaşanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "20minutes"  məlumat yayıb.

"Onlar işləmək üçün çox bahalı, səs-küylü və kiçik krallıq üçün "tamamilə həddindən artıq" olduğunu sübut etdi",- deyə nəşr bildirib.

Nəşr qeyd edir ki, yeni bahalı qırıcı təyyarələrə qarşı ilk tənqid dalğası Belçikanın müdafiə naziri Teo Frankenin federal parlamentdəki son çıxışından sonra baş verib. O, krallığın hava məkanının F-35 təlim uçuşları üçün “kafi olmadığını” bildirib. Buna görə də Fransa , Hollandiya və İtaliyanın səmalarından istifadə etmək üçün razılaşmalar əldə edilməlidir.

Избранный
45
1
operativmm.az

2Источники