Saqatelyan, xüsusən, aşağıdakıları qeyd edib:
O, 8 avqustda Azərbaycanla paraflanan sənədin "sülh gəldi" kimi təqdim edilməsinə baxmayaraq, sənədin Azərbaycanın tələblərini, hərəkətlərini və ya bəyanatlarını məhdudlaşdıran bir bənd belə ehtiva etmədiyini vurğulayıb. Deputatın fikrincə, bu razılaşma ilə: Azərbaycan Ermənistan Respublikasının ərazisini dəqiq sərhədlərlə tanımayıb. Azərbaycanın Ermənistana qarşı yeni tələbləri heç bir şəkildə cilovlanmır. Qarabağ ermənilərinin qayıtmaq hüququ təsbit edilmədən, Bakı azərbaycanlıların Ermənistanda məskunlaşdırılması planlarından imtina etməyib.
Saqatelyan qeyd edib ki, sənəd paraflanandan dərhal sonra İlham Əliyev Sünikdən keçən yolu "dəhliz" adlandırıb, Ermənistan cəmiyyətini "xəstə" adlandırıb və bu gün isə açıq şəkildə Ermənistana qarşı yeni ərazi iddialarından danışır.(?)
Saqatelyan Ermənistan hakimiyyətini susmaqda yox, eyni zamanda atdığı addımlarla Əliyevin mövqeyini gücləndirməkdə günahlandırıb: Cəmiyyətə həqiqəti deyənləri "revanşist" adlandırmaqla; Ermənistanın nəzarəti altında Azərbaycan ərazilərinin olduğunu iddia etməklə; Konstitusiyanın dəyişdirilməsi prosesini aktivləşdirməklə; Silahlı Qüvvələrin maliyyələşməsini və hərbi xidmət müddətini azaltmaqla.
O, Paşinyan və Əliyevin aylar boyu "sülhün bərqərar olması" illüziyasını öz əlləri ilə dağıtdıqlarını iddia edib.
Saqatelyan 8 avqust razılaşmasını alqışlayan dövlətlərdən İlham Əliyevin Ermənistana qarşı ərazi iddialarını dərhal və ictimai şəkildə pisləmələrini tələb edib. Əks halda, onların alqışlarının "sülhə deyil, Ermənistana qarşı yeni təcavüz hazırlığına" dəstək olacağını bildirib.
O, yekun olaraq qeyd edib ki, "Sülh yalnız öz torpağını və vətəndaşlarını qorumaqdan qorxmayan ləyaqətli dövlət mövcud olduqda mümkündür".